Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Avtobusdakı partlayışın terror aktı olmadığı deyilir


Prokuror bildirir ki, həlak olan şəxs dini ekstremist olmayıb, o, sadə bir balıqçı imiş

Prokuror bildirir ki, həlak olan şəxs dini ekstremist olmayıb, o, sadə bir balıqçı imiş

Aprelin 1-də Ucardan Bakıya gələn avtobusda Bakı-Astara yolunda baş vermiş partlayışa səbəb olan qumbara dənizdə balıq ovu üçün əldə edilibmiş. Bu ehtimalı Qaradağ Rayon Prokuroru Tariyel Qurbanov «Turan»ın müxbiri ilə söhbətində bildirib.


Prokurorun sözlərinə görə, partlayış nəticəsində həlak olan Rəhim Əsgərov hadisədən əvvəl qumbaranı avtobusun salonuna atmayıb, əksinə möhkəm şəkildə qarnına sıxıb. Həlak olan şəxs əvvəllər məhkum edilməyib və dini ekstremist olmayıb, o, sadə bir balıqçı imiş. Prokuror sərnişin avtobusunda əl qumbarasının partlamasının terror aktı olmadığını vurğulayıb.


Hadisə zamanı 1 nəfər-əlində qumbaranın olması ehtimal edilən Rahim Əsgərov ölüb, onunla yanaşı əyləşən Məcnun Əhmədov ağır yaralanıb, qarşı skamyada əyləşən Əlişah Cavadov və Siyarə Salikova xəsarət alıblar. Sonuncu iki nəfərə elə həmin gün ilkin yardım göstərilib, sonra evə buraxılıb.


Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin üç maddəsi üzrə iş açılıb: 125 (özünü öldürmə həddinə çatdırma), 186.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 228.1 (qanunsuz olaraq odlu silah saxlama).


Günün bütün mövzuları

XS
SM
MD
LG