Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:34

Ukraynada siyasi vəziyyət gərginləşib


Yuşenkonun parlamenti buraxmaq qərarı Ukraynada siyasi vəziyyəti gərginləşdirib
Yuşenkonun parlamenti buraxmaq qərarı Ukraynada siyasi vəziyyəti gərginləşdirib

Prezident Viktor Yuşenko parlamenti buraxmağa, yeni seçki keçirməyə qərar verəndən sonra Ukraynada siyasi vəziyyət gərginləşib. Parlament bu qərara qarşı çıxıb, hökumətə mayın 27-nə təyin edilmiş erkən parlament seçkisini maliyyələşdirməyi qadağan edib. Parlamentdə prezidentin rəqibi-baş nazir Viktor Yanukoviçə sadiq deputatlar üstünlük təşkil edir. Parlament bu sərəncamın qanuni olub-olmamasını araşdırmaq üçün Ukraynanın Konstitusiya Məhkəməsinə müraciət edib.


Martın 2-də gecə saatlarında kabinetin iclasını keçirən baş nazir Yanukoviç prezidenti sərəncamını geri götürməyə çağırıb. Onun fikrincə, əks təqdirdə ölkədə gərginlik artar, Ukraynanın gələcəyi qeyri-müəyyən olar.


Həmin görüşdə müdafiə naziri, Yuşenkonun müttəfiqi Anatoli Hritsenko deyib ki, silahlı qüvvələr ancaq prezidentin əmrlərinə tabe olacaqlar: «Hazırkı qanunvericiliyə görə, ordu ancaq ali baş komandanın əmrlərini yerinə yetirəcək».


Yuşenko deyib ki, parlamenti buraxmaq onun səlahiyyətidir, çünki, deputatlar konstitusiyanı pozublar.


Yuşenko Yanukoviçin Rusiyayönlü koalisiyasını ittiham edir. Prezidentin qənaətincə, baş nazir qərbyönlü deputatları qanunsuz olaraq öz tərəfinə çəkməklə hakimiyyəti mənimsəyir, koalisiyanın parlamentdə sayını daha da artırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG