NATO-nun Baş katibi Kosovonun statusuna dair mövqeyini bildirib: «Kosovonun statusu problemini tələsik həll etmək olmaz, amma ehtiyac olmadan da təxirə salmaq düzgün deyil».
Bu bəyanatla aprelin 2-də NATO-nun Baş katibi Yaap De Hoop Sxeffer çıxış edib. O, Kosovonun paytaxtı Priştinada səfərdədir.
Aprelin 3-də BMT-nin Təhlükəsizlik Şurası Kosovonun gələcək statusuna dair planın müzakirəsinə başlamalıdır. Planı BMT-nin xüsusi elçisi Martti Ahtisaari işləyib hazırlayıb.
Plan Kosovoya Serbiyadan müstəqilliyin verilməsini nəzərdə tutur - ilk əvvələr beynəlxalq nəzarət altında.