Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:21

Zəmanət Fondunun yaradılması ilə bağlı iş yekunlaşmaq üzrədir


Prezident Zəmanət Fondunun yaradılması üçün Milli Banka iki ay vaxt vermişdi

Prezident Zəmanət Fondunun yaradılması üçün Milli Banka iki ay vaxt vermişdi

«Artıq ipoteka kreditlərinin Zəmanət Fondunun yaradılması ilə bağlı təkliflərimizi hazırlayıb hökumətə təqdim etmişik. Fondun Əsasnaməsinin layihəsi də razılaşdırılıb. İndi bu istiqamətdə iş yekunlaşmaq mərhələsindədir. Hazırda bununla bağlı ölkə prezidentinin xüsusi bir sərəncam layihəsi hazırlanıb». Bu barədə «Azadlıq» Radiosuna Milli Bankın icraçı direktoru Rüfət Aslanlı məlumat verib.


Cənab Aslanlı bildirib ki, Zəmanət Fondu əsasən güzəştli ipoteka krediti almaq istəyən vətəndaşlara xidmət edəcək. «Yanvar ayından güzəştli ipoteka krediti mexanizmi işə salınıb. Güzəştli təbəqə üçün faizlər aşağı olsa da, ilkin ödəniş sistemi ləğv edilməyib. İpoteka krediti sahəsindəki riskləri azaltmaq üçün ilkin ödənişin məbləği 30 faizdən 15 faizə salınıb. Lakin, güzəştli ipoteka krediti almaq istəyən şəxslərin ilkin ödəniş imkanlarının olmaması ehtimalı böyükdür. Praktikada bunu əyani şəkildə təsdiqləyir».


Milli Bankın rəsmisi deyir ki, qaydalara görə, gələcəkdə ipoteka krediti üzrə öhdəliklər icra olunmasa, alınmış mənzil satılmalıdır.


Güzəştli ipotekanın verilməsinə yanvar ayından başlayıb. Elə həmin vaxtdan prezident ipoteka kreditlərinin Zəmanət Fondunun yaradılması əlaqədar Milli Banka iki ay vaxt vermişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG