Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Dindarlar Rafiq Tağının vəkilini təhdid ediblər


Təqsirləri sübut olunarsa, onlar 3 ildən 5 ilə kimi həbs cəzası ala bilərlər
Təqsirləri sübut olunarsa, onlar 3 ildən 5 ilə kimi həbs cəzası ala bilərlər

Dini ədavəti qızışdırmaqda ittiham olunan yazıçı Rafiq Tağı özünü günahkar saymadığını və baş verənləri azad sözə təzyiq kimi qiymətləndirdiyini bildirir. Yazıçı aprelin 2-də keçirilən məhkəmə prosesində deyib ki, sözügedən məqaləni yazmaqda məqsədi islama yox, mövhumata qarşı çıxmaq olub.


Rafiq Tağı vaxtilə Azərbaycan ədibləri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin də cəhalətə, mövhumata qarşı çıxdığını xatırladıb. Və əlavə edib ki, əgər o, məqalədə kiminsə heysiyyətinə toxunubsa, buna görə oxuculardan üzr istəyir.


Məhkəmədə iştirak edən bir qrup dindar Rafiq Tağının çıxışına mane olmağa çalışıb, onun sözünü kəsib, xoşagəlməz ifadələr işlədib, fit veriblər. Dindarlar eyni zamanda, Rafiq Tağının vəkili İsaxan Aşurovu da təhdid ediblər, onun yazıçının hüquqlarını müdafiə etməkdən imtina etməyə çağırıblar. «Azərbaycan müsəlman torpağıdır. İslam peyğəmbərini təhqir edən cəzalandırılmalıdır ki, yerdə qalanlara da ibrət olsun. Peyğəmbəri təhqir etmək, ucuzlaşdırmaq olmaz».


Proses aprelin 13-də davam etdiriləcək.


Yazıçı-publisist Rafiq Tağı, «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu 2006-cı ilin noyabrda həbs ediliblər. Həbsə səbəb həmin qəzetdə Rafiq Tağının «Avropa və biz» məqaləsi olub. Jurnalistlər milli, dini və irqi ədavəti qızışdırmaqda ittiham olunurlar.


Rafiq Tağı və Samir Sədaqətoğlunun təqsiri sübut olunarsa, onlar 3 ildən 5 ilə kimi həbs cəzası ala bilərlər.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG