Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:31

Alkoqollu içkilərin səhər saat 9-dan tez satışını qadağan edən qanun qüvvəyə minib


Aprelin 1-dən Finlandiyada alkoqollu içkilərin səhər saat 9-dan tez satışını qadağan edən qanun qüvvəyə minib.


Əvvəllər alkoqollu içkilər bu ölkədə səhər saat 7-dən satılırdı. Belə tədbirlərlə Finlandiya hakimiyyəti ölkədə içki düşgünlüyü ilə mübarizə aparmaq niyyətindədir.


Finlandiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, içkiyə aludəçilik əmək qabiliyyətli fin kişilərinin əksəriyyətinin ölümünün başlıca səbəbidir.



Hakimiyyət yeni qaydaya çox nikbin yanaşsa da, satıcılar təhlükəsizliklərindən ehtiyatlanırlar. Axı səhərlər «poxmel»dən əziyyət çəkən alıcılara rədd cavabı verən məhz onlar olur.


XS
SM
MD
LG