Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

Nyu-York Universiteti populyarlığına görə, birincidir


Amerikalı abituriyentlər arasında keçirilən sorğuya əsasən, Nyu-York Universiteti Harvard, Yel və Stenford universitetlərini qabaqlayaraq populyarlığına görə, birinci yerə çıxıb.


Sorğunun təşkilatçıları iri şəhərlərdə yerləşən universitetlərdə təhsilə marağın artmasını qeyd edirlər. Orada tələbələrin biznes və ya hüquq sahəsində aldıqları bilikləri dərhal tətbiq etmək, şirkətlərdə və yaxud dövlət idarələrində yarım maaşa çalışmaq imkanları daha çoxdur.


Son illər valideynlərin «əxlaqsız» və həyat üçün təhlükəli hesab olunan Nyu-York şəhərinə münasibəti də xeyli dəyişib. Nyu-York Universitetinin tələbələrinin sayı son 15 ildə 10 mindən 34 minə qalxıb.


XS
SM
MD
LG