Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

Kiprdə ən qədim ətriyyat fabriki aşkarlanıb


İtalyan arxeoloqları Kiprin cənubunda, Pirqos şəhəri ərazisində dörd min il əvvəl güclü zəlzələylə dağılan sənaye ətriyyat istehsalının qalıqlarını aşkarlayıblar.


Pirqosda məhəbbət ilahəsi Afroditanın məbədi yerləşib.


Qazıntılar 2003-cü ildə başlanıb, 5 min kvadrat metr ərazidə arxeoloqlar distillyator, mayelərin qarışdırılması üçün qablar, amforalar, həmçinin sənaye miqyasında ətirlərin istehsalı üçün çoxlu başqa alət tapıblar.


Ətirlərin tərkibi zeytun yağı, iynəyarpaqlı ağacların qatranları, koriandr, zanbaq, berqamot, cəfəri, acı badamdan ibarət olub.


«Arxeoloqların aşkarladıqları 60 əşya Romanın Kapitoli Muzeyində nümayiş etdirilir», – deyə «Cnews» xəbər verır.


XS
SM
MD
LG