Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Seçki kampaniyasında Hillari Klintona rekord dəstək


Hillari Klinton prezidentliyə şanslı namizədlərdən biri hesab olunur

Hillari Klinton prezidentliyə şanslı namizədlərdən biri hesab olunur

Amerika prezidentliyinə namizəd, sabiq prezident Bill Klintounun xanımı Hillari Klintona seçki kampaniyasında dəstək rekord həddə çatıb. İlk üç ay ərzində onun seçki kampaniyası üçün 26 milyon dollar sponsor yardımı toplanıb.


Qısa müddət ərzində bu qədər məbləği toplamaq Amerikanın seçkilər tarixində rekord göstəricidir. Xanım Klintonu dəstəkləyən Demokratlar Partiyası üzvləri təkcə internet vasitəsi ilə seçki fonduna 5 milyon dollar yardım ediblər.


İndiki prezident Corc Buş özünün 1999-cu ildəki seçki kampaniyasının birinci üç ayında 7.6 milyon, onun rəqibi Albert Qor isə 8.9 milyon dollar toplaya bilmişdilər.


Senatorun seçki qərargahından Petti Solis Doyl bildirib: «Biz heyrətlənirik və bu tarixi dəstəkdən tam razıyıq».


Hillari Klinton prezidentliyə şanslı namizədlərdən biri hesab olunur. Ekspertlər hesab edirlər ki, seçicilərin və işgüzar dairələrin prezidentliyə namizədə maliyyə yardımı gələcək uğurun göstəricisidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG