Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:34

Tehranda islamçılar Britaniya səfirliyini mühasirəyə alıblar


Tehranda islamçı tələbələr Böyük Britaniya səfirliyi qarşısında qızğın nümayişlər keçiriblər.


200-dək adam səfirliyə daş və içərisində yandırıcı maye olan şüşələr atıb. Onlar Britaniya səfirinin ölkədən çıxarılmasını tələb ediblər və İran hakimiyyətini əsir alınmış Britaniya dənizçilərinin məsələsində Londona kompromisə getməməyə çağırıblar.


Polis nümayişçiləri səfirlikdən sıxışdıraraq çıxarıb. Britaniya diplomatları arasında xəsarət alan yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG