Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:06

Yuşşenko Ali Radanı buraxmağa hazırdır


Kiyevdə Ali Radanın buraxılmasının tərəfdarları və əleyhdarları kütləvi aksiyaları keçirir
Kiyevdə Ali Radanın buraxılmasının tərəfdarları və əleyhdarları kütləvi aksiyaları keçirir

Ukrayna prezidenti Viktor Yuşşenko bir daha ölkə parlamentini buraxmağa hazır olduğunu bəyan edib.


«Mən açıq deyirəm ki, parlamentin buraxılması kimi addıma hazıram». Yuşşenko martın 31-də Kiyevdə jurnalistlərə belə deyib.


Yuşşenkonun fikrincə, parlament koalisiyası Konstitusiya müddəalarının pozulması ilə formalaşır, hamı ölkədə hakimiyyətin qəsbinin şahididir.


Ukrayna prezidenti deyib ki, aprelin 2-də xalq deputatları və Ali Radanın rəhbərliyi ilə məsləhətləşmələr aparmaq istəyir.


Yuşşenko qeyd edib ki, qərarı «vəziyyətə görə» verəcək. «Danışıqlar həftənin əvvəlinə qədər nəticə verməsə, bu sübut edəcək ki, siyasi qüvvələr, o cümlədən icra hakimiyyətini formalaşdıran qüvvələr səmərəli dialoqdan imtina edir».


Prezidentlə yanaşı, Yuliya Timoşenko Bloku və «Xalq Özünümüdafiə» Hərəkatı da parlamentin buraxılmasında israr edir. Onlar həmçinin, Viktor Yanukoviç kabinetini istefaya göndərməyə çağırırlar.


Kiyevdə Ali Radanın buraxılmasının tərəfdarları və əleyhdarları kütləvi aksiyalar keçirir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG