Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

Ermənilər İraqın şimalını Qarabağdan üstün tuturlar


İraqın şimalı Qarabağdan «xeyli yaxşıdır»
İraqın şimalı Qarabağdan «xeyli yaxşıdır»

Ermənilərin İraqdan miqrasiyasının əsas səbəbi təhlükəsiz problemləridir. İraq ermənilərinin Mərkəzi Milli Administrasiyasının rəhbəri Paruyr Akopyan bildirir ki, ikinci İraq müharibəsinə qədər bu ölkədə 18 min nəfər erməni yaşayıb. Amma sonradan onlardan 3 minə qədəri bu ölkəni tərk edib. Məlumatı Rusiyanın «Regnum» agentliyi yayıb.



Akopyan deyib ki, təkcə İraqdan Ermənistana 600-700, qonşu Suriyaya, İordaniya və başqa ölkələrə isə 1500-dək erməni köçüb. Eyni zamanda, ermənilərin İraqın şimalına – kürdlərin yaşadıqları ərazilərə köçməsi qeydə alınıb. Burada onlar özlərini daha təhlükəsiz hiss edirlər, çünki buranın öz daxili muxtariyyəti var.



Akopyan qeyd edib ki, Ermənistan hökuməti İraq ermənilərinin Dağlıq Qarabağa yerləşmələrinə çalışır. Hökumət Qarabağa yerləşənləri ev və mal-qara ilə təmin edəcəyinə söz verir. Amma İraqın erməni icmasının rəhbəri deyir ki, böyük şəhərlərdə yaşamağa öyrəşmiş erməniləri bu cür perspektiv o qədər də cəlb etmir: «Köçənlərin əsas hədəfi daha çox ABŞ və Avropaya getməkdir. Əgər bu ölkələrə viza almaq çətin olmasaydı, miqrasiya daha çox olardı».


Akopyan ermənilərin İraqın kürdlər yaşayan şimal ərazilərinə köçməyi Qarabağdan üstün tutduqlarını deyir: «Həmin ərazilər iqtisadi baxımdan daha çox inkişaf edib, böyük neft ehtiyatları, daha qabaqcıl universitetləri var».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG