Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:23

Rusiyadan elektrik enerjisinin verilməsi dayandırılmayacaq


Müqavilənin müddəti aprelin 1-də başa çatır

Müqavilənin müddəti aprelin 1-də başa çatır

Azərbaycanla Rusiya arasında elektrik enerjisi mübadiləsi bir müddət davam edəcək. Qiymətlərdə razılaşma olmadığından, bundan əvvəl tərəflər martın 31-dən aprelin 1-nə keçən gecə enerji xətlərini dövriyyədən açmaq qərarına gəlmişdilər. Ancaq «Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov «Azadlıq» radiosuna bildirib ki, martın 31-də Rusiya tərəfdən başqa təklif gəlib:


«Bu gün Rusiyadan təklif aldıq ki, qiymətlərdə razılaşana qədər elektrik enerjisinin alqı-satqısını sıfır səviyyədə saxlamaq şərtilə işimizi davam etdirək. Yəni qiymətsiz. Nə qədər enerji alsaq, o qədər də qaytaracağıq».


İndiyə qədər qüvvədə olan razılaşmaya əsasən, Azərbaycan Rusiyadan ildə 700 milyon kilovat saat elektrik enerjisi alır. Həmin enerji axşam saatlarında ölkənin şimal rayonlarına verilir. Gündüz saatlarında isə Azərbaycan Rusiyaya daha ucuz qiymətə enerji satır.


Bu barədə 2006-cı ildə imzalanmış müqavilənin müddəti aprelin 1-də başa çatır.


Günün bütün mövzuları

XS
SM
MD
LG