Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

ABŞ və Avropa Birliyi İranı britaniyalı dənizçiləri azad etməyə çağırır


ABŞ İranın saxladığı 15 britaniyalı dənizçini Amerika hərbçilərinin İraqda saxladıqları beş iranlıya dəyişmək təklifini qəti rədd edir.


Birləşmiş Ştatlar və Avropa Birliyi bir daha İranı Britaniya dənizçilərini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.


Avropa Birliyinin xarici işlər nazirləri indiki münaqişədə Böyük Britaniyaya dəstək bildiriblər. Birlik ziddiyyətlər kəskinləşəcəyi təqdirdə lazımi tədbirlər görməyə hazır olduğunu qeyd edir.


İran ötən həftə İraqla sərhəd sularında Britaniyanın 15 nəfər hərbçisini saxla yıb . İran onların sərhədi pozduqlarını iddia edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG