Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:05

«Paxmel»in dərmanı tapılıb


Dərmanın kilinki sınaqları orta hesabla 10-12 il vaxt apara bilər
Dərmanın kilinki sınaqları orta hesabla 10-12 il vaxt apara bilər

«Skripps» Elmi-Təhqiqat İnstitutu və «Eli Lilly» əczaçılıq şirkətlərindən bildiriblər ki, onlar sərxoşluqdan sonra süstləşmədən («paxmel») xilas edə bilən dərman hazırlamağa müvəffəq olublar və o, hətta alkoqolizmi müalicə edə bilir.


«MTIP» adı verilən kimyəvi preparat orqanizmi stress vəziyyətinə salan və alkoqoliki təkrar spirtli içki qəbuluna sövq edən «kortikotrkpin»in aktivliyini azaldır.


Alkoqolik-siçovullar üzərində aparılan təcrübələr göstərib ki, «MTIP» kursu ilə müalicədən sonra heyvanlar böyük miqdarda alkoqoldan istifadədən hər vasitə ilə yayınır və heç cür «paxmel» olmurlar. Preparatın qəbuluna qədər siçovullar nə qədər çox içki aludəsi olsalar, dərman da bir o qədər effektli təsir göstərir.


Amma, bu dərmanın müasir narkologiyanın arsenalına daxil edilməsinə hələ çox var-bu yeni dərmanın kilinki sınaqları orta hesabla 10-12 il vaxt apara bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG