Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:12

«Torqovı»da küçə ticarəti müvəqqəti yığışdırılıb


Öz rəsm əsərlərini satan rəssamlar isə aparılan təmizlik işlərindən razıdırlar
Öz rəsm əsərlərini satan rəssamlar isə aparılan təmizlik işlərindən razıdırlar

Martın 29-u gecəsi Bakı Şəhər İcra Hakimiyyəti polisin köməyi ilə şəhərin mərkəzində, Fəvvarələr meydanı və Xəqani Ticarət Mərkəzi arasında («Torqovı» kimi tanınan), «Kitab pasajı» adlanan yerdə küçə ticarətinin böyük hissəsini yığışdırıb.


«Turan»ın məlumatına görə, ticarətçilərin malları avtomaşınlara yığılaraq «Kitab pasajı»ndan çıxarılıb. Ticarət məntəqələrinin sahiblərinin sözlərinə görə, bir neçə gün öncə onlara Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilib. Köçürdülməyə suvenirlər, güllər, bəzək-düzək əşyaları və oyuncaqlar satan ticarətçilər məruz qalıb. Öz əsərlərini satan rəssamlar əvvəlki kimi «Kitab pasajı»ndadırlar.


Satanlar «Azadlıq» Radiosuna bildiriblər ki, onlara qadağanın Polşa prezidentinin Bakıya gəlişi ilə bağlı olduğunu deyiblər. Elə indi də «pasaj»da bir neçə suvenir satan Qasım Məmmədovun sözlərinə görə, qadağa cəmi iki gün davam edəcək. Amma, ona bu ərazinin niyə boşaldıldığı barədə heç bir söz deyilməyib.


Öz rəsm əsərlərini satan rəssamlar isə aparılan təmizlik işlərindən razıdırlar. Rəssamlardan birinin dediyinə görə, onlara bu yeri vaxtilə keçmiş prezident Heydər Əliyev verib və bura onların qanuni yerləridir. İndi həmin küçənin hər iki tərəfini rəsm əsərləri bəzəyir.


Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Namiq Məmmədov deyir ki, həmin ərazidə təmizləmə işlərinin aparılması birinci dəfə deyil, belə hallar tez-tez olur. Cənab Məmmədovun sözlərinə görə, bu Polşa prezidentinin səfəri ilə də bağlı ola bilər. Namiq Məmmədov deyir ki, adətən Azərbaycana yüksək səviyyəli qonaqlar gələndə onlar paytaxtın görməli yerlərinin gəzirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG