Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:13

İrandan qaçmaq istəyən 9 nəfər soyuqdan həlak olub


Qarlı, şaxtalı havada 9 nəfəri don vurub
Qarlı, şaxtalı havada 9 nəfəri don vurub

«Fərda» radiosunun müxbiri Əli Cəvanmərdinin Ankaradan verdiyi məlumata əsasən İranın Qərbi Azərbaycan vilayəti ilə həm-sərhəd olan Türkiyənin Van vilayətinin Yığıt Dağ məntəqəsində 9 insan cəsədi tapılıb. Cəsədlərin İran vətəndaşlarına aid olduğunu bildirən türk sərhədçiləri tədqiqat üçün onları Diyarbəkir xəstəxanasansa köçürüblər.


Araşdırmaların ilkin nəticələrinə görə, 9 İran vətəndaşı İranın Urmiyə dağ sərhədlərindən qeyri qanuni şəkildə Türkiyə ərazisinə keçmək istəyiblərmiş. Lakin, qarlı havada yolu azıb həlak olublar.


Diyarbəkir xəstəxanasının rəsmisi Özgür Aslan «Fərda»ya bildirib ki, həmin şəxslər Avropa ölkələrinə getmək məqsədilə sığınacaq almaq üçün sərhədi keçməyə cəhd göstəriblər. BMT-nin sığınacaq idarəsinin şöbəsi Van vilayətində yerləşdiyinə görə, xarici ölkələrdə sığınacaq almaq istəyən iranlılar bu məntəqəyə pənah gətirirlər.


«Fərda» Radiosu onu bildirir ki, Əhmədi Nejad hakimiyyətə gələndən bəri qeyri-qanuni şəkildə İranı tərk etmək istəyən vətəndaşların sayı artıb.


XS
SM
MD
LG