Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

Fərhad Əliyev istintaq materialları ilə tanış olmaqdan imtina edib


Cəmil Həsənli sabiq nazirin və qardaşının «siyasi məhbus» olduğunu deyir

Cəmil Həsənli sabiq nazirin və qardaşının «siyasi məhbus» olduğunu deyir

Hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan Fərhad Əliyev istintaq materialları ilə tanış olmaqdan imtina edib. Sabiq İqtisadi İnkişaf naziri bunu tanışlıq üçün az vaxt verilməsi ilə izah edib. Vəkillər bildirirlər ki, Fərhad Əliyevə istintaq materialları tanış olmaq üçün yalnız aprelin 12-nə qədər vaxt verilib. Onların fikrincə, həmin vaxta qədər isə 239 cild işlə tanış olmaq mümkün deyil.


Sabiq nazirin hüquqlarının müdafiə komitəsinin sədri millət vəkili Cəmil Həsənli deyib ki, Əliyev qardaşlarının istintaq işindən dövlət çevrilişi ittihamının götürülməsi həbsin siyasi motivli olduğunu göstərir. Deputat deyir ki, sübut olmadığına görə, bu ilin martın 5-də cinayət işləri ayrılıb, Fərhad və Rafiq Əliyevlərə qarşı dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. Cəmil Həsənli onların «siyasi məhbus» olduğunu bildirib.


Fərhad Əliyev yüksək rütbəli bir çox dövlət məmurları ilə birgə 2005-ci ildə dövlət çevrilişi ittihamı ilə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG