Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04

«1918-ci il 31 mart hadisələri yetərincə tanıdılmır»


Parlamentin iclasında 1918-ci il mart hadisələri ilə müzakirə olunub

Parlamentin iclasında 1918-ci il mart hadisələri ilə müzakirə olunub

1918-ci il Bakıda və ölkənin bir sıra regionlarında azərbaycanlılara qarşı həyata keçirilən soyqrım aktı ilə bağlı sənədlər toplanmalı və beynəlxalq təşkilatlara təqdim olunmalıdır. Eyni zamanda bu hadisələr haqqında filmlər çəkilməlidir. Bu fikirləri parlamentin martın 30-da keçirilən iclasında çıxış edən bəzi millət vəkilləri deyib.


Deputat Cəmil Həsənli isə bildirib ki, bu istiqamətdə görülən işlər yetərincə deyil. «Hətta 9 il əvvəl prezident sərəncamı ilə soyqrım qurbanlarına abidə qoyulmalı idi. Ancaq, indiyə qədər bu iş yerinə yetirilmir». O, bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində bununla bağlı kifayət qədər sənədlər var və onlar əsasında filmlər çəkilə bilər.


Asim Mollazadə dedi ki, soyqrım məsələsinin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların parlament assambleyasında müzakirəyə çıxarılmalıdır.


Azərbaycan hökuməti 1998-ci ildən 31 mart gününü azərbaycanlıların soyqırımı günü adlandırır, bu gün dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyev bununla bağlı dünən xalqa müraciət edib.


Azərbaycan tərəfi iddia edir ki, 1918-ci ilin mart 31-i və aprelin əvvəllərində Bakıda, Qubada, Naxçıvanda, Lənkəranda və bir sıra başqa bölgələrdə erməni silahlı dəstələri minlərlə azərbaycanlını soyqrıma məruz qoyub.


Günün bütün mövzuları

XS
SM
MD
LG