Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

Əli İnsanovun YAP icra katibinə qarşı iddiasına apreldə baxılacaq


Əli Əhmədova qarşı məhkəmə prosesi aprelin 4-dək təxirə salınıb

Əli Əhmədova qarşı məhkəmə prosesi aprelin 4-dək təxirə salınıb

Martın 30-da keçmiş səhiyyə naziri Əli İnsanovun Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibi Əli Əhmədova qarşı iddiası üzrə keçirilməsi planlaşdırılan məhkəmə prosesi baş tutmayıb. İşə baxan Səbail Rayon Məhkəməsinin hakimi İlham Ağayevin seminarda iştirak etdiyinə görə, proses aprelin 4-dək təxirə salınıb. Prosesdə Əli İnsanovun da iştirakı gözlənilir.


Sabiq Səhiyyə nazirinin vəkilləri YAP icra katibi, millət vəkili Əli Əhmədovu martın 13-də məhkəməyə veriblər. Müdafiəçilər hesab edirlər ki, rəsmi dövlət orqanı olan «Azərbaycan» qəzetinin 7 mart 2007-ci il tarixli sayında «Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib» sərlövhəli yazıda YAP-ın icra katibi Əli İnsanovu təhqir edib və ona böhtan atıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG