Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 01:58

Avropa Parlamenti Kosovonun müstəqilliyinə dair BMT planını dəstəkləyib


Avropa Parlamenti beynəlxalq nəzarət altında Kosovoya müstəqilliyin verilməsi haqda BMT planını müdafiə edib.


BMT elçisi Martti Ahtisaarinin işləyib hazırladığı plan hər şeydən əvvəl Kosovonun bərpası üçün diyarın beynəlxalq maliyyə təşkilatları ilə birbaşa əlaqələrinin qurulmasını nəzərdə tutur.


Serbiya Kosovonun suverenliyinin qəti əleyhinədir.


Rusiya öz növbəsində, hesab edir ki, problem yalnız Belqrad və Priştina arasında razılaşma əsasında həll oluna bilər. Bunu martın 29-da Moskvada portuqaliyalı həmkarı Luiş Amadu ilə görüşdən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG