Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:15

Qazaxıstan Odessa-Brodı neft kəmərinin uzadılmasının tərəfdarıdır


Qazaxıstan prezidenti Nursultan Nazarbayev polşalı həmkarı Lex Kaçinskini salamlayır
Qazaxıstan prezidenti Nursultan Nazarbayev polşalı həmkarı Lex Kaçinskini salamlayır

Qazaxıstan Ukraynanın Odessa-Brodı neft kəməri layihəsinin Polşanın Qdansk şəhərinə qədər uzadılmasının tərəfdarıdır, bir şərtlə ki, layihədə Rusiya da iştirak etməlidir.


Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada Polşa prezidenti Lex Kaçinski ilə danışıqlardan sonra bildirib. O, deyib ki, «Qazaxıstan çoxlu alternativ yolun olmasında maraqlıdır», çünki 5-8 ildən sonra onun ölkəsi dünya bazarında əsas neft ixracatçılarından biri olacaq.


Odessa-Brodı magistral neft kəməri 2001-ci ildə Xəzər neftinin nəqli üçün tikilib. Bir neçə il ərzində ondan istifadə olunmayıb. 2004-cü il iyunun sonunda Ukrayna hökuməti kəmərdən Rusiya neftinin əks istiqamətdə nəqli üçün istifadəsinə razılıq verib.


Bununla belə, Ukrayna və Polşa bu kəməri Polşanın Plotsk və Qdansk şəhərlərinə qədər tikməyi planlaşdırırlar. Avropa ölkələri və Ukrayna bu layihədə Qazaxıstanın iştirakına arxalanırlar. Layihənin iqtisadi baxımdan faydalı olması üçün Qazaxıstan neftinin də perspektivdə bu kəmərlə nəqli vacibdir.


Martın 30-da Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana ikigünlük rəsmi səfəri başlayır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG