Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

Dünyada nə qədər milyonçu var?


Moskvada Milyonçu Yarmarkası, 29 oktyabr 2006

Moskvada Milyonçu Yarmarkası, 29 oktyabr 2006

Milyonçu deyəndə, biz böyük malikanə, limuzinlər və yaxtalar haqda düşünürük. Amma, milyonçu sözünün ən dəqiq tərifi nədir? Milyonçunun ən çox tanınan tərifi azı bir milyon dolları olan şəxsdir. Bura daşınmaz əmlakın dəyəri daxil deyil.


Ancaq, nəzərə alaq ki, bir milyon dollar indi bir neçə on il əvvəlki bir milyon dollar deyil. Hazırda bu məbləğdə pulu olan insanların çoxu dəbdəbəli şəraitdə yaşamır və özlərini heç də varlı hiss etmirlər. Buna baxmayaraq, milyon dolları olmaq imtiyazlı insanları fərqləndirmək üçün yenə də əsas göstəricidir.


Bəs dünyada nə qədər milyonçu var?


«CapGemini» və «Merryl Lynch» şirkətlərinin 2006-cı ildə apardıqları təhqiqata əsasən, Birləşmiş Ştatlarda 2 milyon 669 min milyonçu var ki, bu da əhalinin 0.9 faizini təşkil edir. Bütün dünyada isə 8 milyon 700 min milyonçu var, başqa sözlə, dünya əhalisinin 0.13 faizi milyonçudur. Dünyada bu qədər pulu olanların ümumi sayı 2005-ci ildə 6.5 faiz artıb. Onlar ümumilikdə 33.3 trilyon dollarlara sahibdirlər. Milyonçuların əksəriyyəti Şimali Amerikada (ABŞ və Kanada) yaşayırlar.


Aşağıda milyonçuların dünya üzrə paylanması göstərilir:


Şimali Amerika


2 milyon 900 min

Avropa


2 milyon 800 min

Asiya-Sakit Okean


2 milyon 400 min

Latın Amerikası


300 min

Yaxın Şərq


300 min

Afrika


100 min nəfər


Günün bütün mövzuları

XS
SM
MD
LG