Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10

Əli İnsanov: «YAP onu yaradanlara qarşı təzyiq kampaniyasına başlayıb»


«YAP-ın heç bir mənəvi haqqı çatmır ki, Siruz Təbrizlini partiyadan çıxarsın. YAP onu yaradanlara qarşı təzyiq kampaniyasına başlayıb»-sabiq Səhiyyə naziri Əli İnsanov martın 29-da keçirilən məhkəmə prosesində belə deyib.


Əvvəlki məhkəmə iclaslarında olduğu kimi bu dəfə də sabiq nazirin qaldırdığı vəsatətlər təmin edilmədi.


Proses şahidlərin dindirilməsi ilə davam etdirilib. Dövlət Əmlakının İdarə olunmasın üzrə Dövlət Komitəsinin nümayəndəsi Loğman Səlimov Səhiyyə Nazirliyinin balansında olan bütün obyektlərin qanuni şəkildə özəlləşdirildiyini bildirib.


Əli İnsanov və Səhiyyə Nazirliyinin yüksək rütbəli 10 məmuru dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirlər.



Günün bütün mövzuları

XS
SM
MD
LG