Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12

Vahan Ovannesyan: «Bizim alternativlərimiz yoxdur»


Ermənistan parlamentinin vitse-spikeri Vahan Ovannesyan

Ermənistan parlamentinin vitse-spikeri Vahan Ovannesyan

«Bizim partnyorlarımız olan ABŞ və Rusiya Ermənistanın İranla münasibətləri genişləndirmək hüququnun olduğunu qəbul etməlidirlər-bizim alternativlərimiz yoxdur». Bu barədə «Nezavisimaya qazeta»ya müsahibəsində vitse-spiker Vahan Ovannesyan bildirib.

«Ermənistan qərbin «qara siyahı»sına düşən İranla münasibətləri nə üçün intensivləşdirir » sualını cavablandıran vitse-spiker deyib ki, Ermənistan-İran münasibətləri bundan sonra da inkişaf edəcək: «Biz birgə qaz kəməri açmışıq, başqa kommunikasiya layihələrimiz də var, amma, onlar haqqında indi danışmaq hələ tezdir».


«Bu yaxınlarda Ermənistanın BMT-dəki səfiri bildirib ki, Rusiya heç vaxt Ermənistana görə, Azərbaycanla münasibətləri qurban verməyəcək. Sizin bu məsələyə münasibətiniz necədir?» Cənab Ovannesyan bu mövqenin diplomata aid olduğunu, amma, Ermənistanda belə yanaşmaların artdığını bildirib.


«Yerevan Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq səviyyədə, xüsusən də ABŞ tərəfindən təzyiqlər hiss edirmi» sualını cavabda birbaşa hər hansı təzyiqlərin olmadığını deyib:


«Minsk Qrupu Ermənistan və Azərbaycana problemin fərqli həll modellərini təklif edirlər. Amma, bu problemin həllində ermənilər və azərbaycanlılar özləri razılığa gəlməlidir. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin hesabatında nəinki münaqişə zonasına bitişik ərazilər, eləcə də Dağlıq Qarabağı da işğal olunmuş ərazi adlandırılıb. Sonradan bunun səhv olduğu bildirilsə də, aydın olmadı ki, bu «təqdimat» təsadüfü idi, yoxsa yox. Görünür burada nəyəsə işarə vurulur, amma, bunu hələlik təzyiq adlandıra bilmərəm».


Günün bütün mövzuları

XS
SM
MD
LG