Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Avropa Birliyi Türkiyə ilə danışıqları bərpa edir


Brüsseldə Avropa Birliyinin (AB) Türkiyə ilə danışıqları bərpa olunur. Söhbət sənaye siyasəti məsələlərinin razılaşdırılması və Türkiyə müəssisələrinin fəaliyyəti ilə bağlı problemlərdən gedəcək.

Türkiyənin AB-nə üzvlüyünə dair danışıqlar bir neçə ay əvvəl dayandırılmışdı. Səbəb də Ankaranın AB ilə gömrük ittifaqı yaratmaq haqda razılaşmaları yerinə yetirməkdən və Kiprin gəmi və təyyarələrini ərazisinə buraxmaqdan imtina etməsi olub.


Türkiyə hakimiyyəti, öz növbəsində, tanınmamış Şimali Kipr Respublikası üzərindən beynəlxalq iqtisadi blokadanın götürülməsini tələb edir. Bu blokada 1970-ci illərin sonlarında türk qoşunları adanın şimalına daxil olduqdan sonra yaranıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG