Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:33

«MİQ-29»lar heç də tam müasir silah deyil»


«MİQ-29» qırıcıları, Moskva, 22 yanvar 2007

«MİQ-29» qırıcıları, Moskva, 22 yanvar 2007

Martın 29-da Azərbaycan yeni «MİQ-29» markalı döyüş təyyarələrinin nümayiş uçuşunu keçirib. Azərbaycan tərəfi Ukrayna istehsalı olan bu təyyarələrin müasir silah və NATO-nun arsenalında olan «F-16» və «Tornado»lardan daha üstün olduğunu bildirir. «Azadlıq» radiosu məsələ ilə bağlı hərbi ekspert, «Yejenedelnı jurnal»ın baş redaktoru Aleksandr Qoltsdan müsahibə götürüb.

-«MİQ-29»lar nə dərəcə də müasir silahdır?


-Bu heç də tam müasir silah deyil. 4-cü nəsil olan «MİQ-29» təyyarələri 1980-ci illərin əvvəllərində işlənib.


-Bəs regional miqyasda bu silah müasir hesab oluna bilərmi?


-«Müasir» terminini burada işlətmək düzgün deyil. O, sadəcə olaraq, elə məhz bu növ silahlara malik olan Ermənistanla hərbi qarşıdurma şəraitində münasib silah kimi qiymətləndirilə bilər. Bu təyyarələrin əldə edilməsi ilə Azərbaycanın potensialının güclənməsi bir sıra amillərdən asılıdır: bu, ilk növbədə alınan silahların həcmindən, yaxşı ixtisaslaşmış pilotların olması faktorlarından da asılıdır.


Onu da deyim ki, artıq çoxdandır ki, «MİQ-29» tam qırıcı sayılmır. Bu, çox hədəf vuran təyyarə hesab edilir.


- Maraqlıdır, Azərbaycan silahlanır. Bu sülhə xidmət edirmi?


- Silahlanma qarşı tərəflə balans yaratmaq məqsədi ilə də edilə bilər. Digər tərəfdən, qarşı tərəf silahlanma balansının pozulmasına adekvat cavab verə bilmədikdə isə bu, sabitliyi pozan faktor da ola bilər.


- Belə versiya qəbul oluna bilərmi ki, Azərbaycan sadəcə olaraq Ermənistanı silah almaq yarışına cəlb edir? Məsələn, Azərbaycana neft pulları gəlir, Ermənistanda isə bu yoxdur.


- Nəzəri baxımımdan hərbi rəqibi silah almaq yarışına cəlb etmək versiyası ağlabatandır.


Günün bütün mövzuları

XS
SM
MD
LG