Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

Çində və İndoneziyada 3 nəfər «quş qripi»ndən ölüb


2003-cü ildən dünyada «quş qripi»ndən 170 nəfər tələf olub
2003-cü ildən dünyada «quş qripi»ndən 170 nəfər tələf olub

Çində «quş qripi»ndən daha bir ölüm faktı qeydə alınıb. Bu dəfə insan üçün təhlükəli H5N1 virusunun qurbanı 16 yaşlı yeniyetmə olub. Bu haqda rəsmi mənbələrə istinadən «Reuters» agentliyi məlumat yayıb.


Anxoy əyalətində yaşayan yeniyetməyə «quş qripi» diaqnozu martın 18-də qoyulub. Ölüm martın 27-si gecə baş verib. Hakimlər hələlik yoluxmanın mənbəyini müəyyənləşdirə bilməyiblər. Ehtimal olunur ki, oğlan ya insanlarla təmasda olarkən yoluxub, ya da virus bilavasitə köçəri quşlardan keçib.


Çinin rəsmi qurumlarının məlumatına əsasən, ilin əvvəlindən bəri bu, «quş qripi»ndən üçüncü ölüm halıdır. 2003-cü ildən isə Çində 23 insanın virusa yoluxması halı qeydə alınıb. Onlardan 15 sonradan vəfat edib.


Amma, kədərli statistikaya İndoneziya başçılıq edir. Bu ölkədə martın 28-də daha iki insan «quş qripi»ndən ölüb. Təhlükəli xəstəliyin yeni qurbanları Cənubi Sumatra əyalətinin 22 yaşlı qadın sakini və Şərqi Yava əyalətinin 40 yaşlı sakini olub.


İndoneziya həkimləri təsdiq ediblər ki, ölümün səbəbi «quş qripi» virusudur. Beləliklə, bu xəstəliyin qurbanlarının sayı ölkədə 68 nəfərə çatıb.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2003-cü ildən dünyada «quş qripi»ndən 170 nəfər tələf olub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG