Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:38

Sumqayıtda naməlum şəxslər polisi atəşə tutub


Hazırda Sumqayıtda və Bakıda polis gücləndirilmiş iş rejimində işləyir
Hazırda Sumqayıtda və Bakıda polis gücləndirilmiş iş rejimində işləyir

Martın 28-i gecə saat 22.40-da Sumqayıtın 41-ci məhəlləsində iki naməlum şəxs polis əməkdaşı Qalib Tanrıverdiyevin idarə etdiyi «Tofaş» markalı maşını atəşə tutublar. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov «Azadlıq» radiosuna məlumat verib.


Onun sözlərinə görə, polis əməkdaşı yaralıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 29-cu maddəsi üzrə cinayət işi qaldırılıb. Həmin iki şəxs sui-qəsddə ittiham olunur. Ehsan Zahidovun sözlərinə görə, hələlik cinayətkarların kimliyi müəyyənləşdirilməyib. Onların saxlanması və zərərsizləşdirilməsi məqsədilə əməliyyat axtarışları aparılır.


Hüquq-mühafizə orqanlarının ilkin versiyası da var: «Görünür, cinayət törətdikləri ərəfədə polis maşının yaxınlaşdığını görüb ələ keçməmək üçün atəş açıb hadisə yerindən qaçıblar».


İlkin məlumatlarda həmin iki şəxsin vəhhabi təriqətinə aid olması haqda fikirlər səslənsə də Daxili İşlər Nazirliyindən məlumatı təsdiqləmədilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG