Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09

Sərhədlərin delimitasiyasında razılığa gəlinməyib


Hazırda üç hissə üzrə razılaşdırılmayan ərazilər qalıb

Hazırda üç hissə üzrə razılaşdırılmayan ərazilər qalıb

Rusiya ilə Azərbaycan sərhədlərin delimitasiyasında razılığa gələ bilməyib. Rusiya Xarici İşlər nazirinin müavini, delimitasiya işləri üzrə komissiyanın üzvi Aleksandr Yekovenka yalnız komissiya səviyyəsində bütün işlər tamamlanandan sonra razılığa gələ biləcəklərini deyib: «Ancaq bundan sonra razılıq protokolunun imzalanmasından söhbət gedə bilər. Bu günsə biz onun imzalanmasını planlaşdırmamışdıq».

Nazir müavininin sözlərinə görə, bu, çox incə məsələdir: «Bütün məsələlərin diqqətlə aparılması vacibdir. Hər şeydən əvvəl biz ölkələrimizin, həmin ərazilərdə yaşayan insanların maraqlarını nəzərə almalıyıq».


Tərəflər ekspert qruplarının yaradılması və razılaşdırılmamış ərazilərdə onların fəaliyyət göstərmələri sahəsində razılığa gəliblər.


Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov isə iki ölkə arasında artıq 90-95 faiz sərhədlərin müəyyən edildiyini və hazırda üç hissə üzrə razılaşdırılmayan ərazilərin qaldığını deyib. Bunlar Balakən, Qusar və Xaçmaz rayonları ərazilərindəki sərhədyanı zonalardır.


Məsələ ilə bağlı növbəti danışıqların Dağıstanda keçiriləcəyi gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG