Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Metroda qatarların hərəkəti bir neçə dəqiqəlik dayandırılıb


Martın 28-də metronun «Sahil» stansiyasında qatarların hərəkəti bir neçə dəqiqəlik dayandırılıb.


Metropolitenin rəisi Tağı Əhmədov «Azadlıq» radiosuna bildirib ki, buna vaqonların birində tüstüləmənin baş verməsi səbəb olub. Nəticədə bir neçə dəqiqəlik metroya enerji verilməsi dayandırılıb. Həmin vaqon qatardan ayrılıb depoya göndərildikdən sonra qatarların hərəkəti bərpa olunub. Zərərçəkən yoxdu.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən isə bu hadisə ilə bağlı onlardan kömək istənilmədiyi bildirilir.


XS
SM
MD
LG