Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

Zviad Qamsaxurdia Tbilisi Panteonunda dəfn olunacaq


Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdia Tbilisidə ictimai xadimlərin Panteonunda dəfn olunacaq. Onun ailə üzvləri buna razılıq veriblər.

1993-cü ildə Gürcüstanın qərbində müəmmalı şəraitdə həlak olan Qamsaxurdianın məzarı martın əvvəlində Qroznıda aşkarlanıb.


Məhkəmə-tibb ekspertizası və «DNK» analizi Rostov-Dondakı laboratoriyada aparılıb.


Hazırda Zviad Qamsaxurdianın cəsədinin qalıqları olan tabut Tbilisidə ailəsinin evindədir.


Dəfn mərasimi martın 31-nə - eks-prezidentin ad gününə təyin olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG