Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

İpotekanın yeni qaydaları mənzillərin qiymətini artırıb


Rusiyada yalnız 2006-cı ildə verilən ipoteka kreditlərinin sayı 2.5 dəfə artıb

Rusiyada yalnız 2006-cı ildə verilən ipoteka kreditlərinin sayı 2.5 dəfə artıb

Bu vaxta kimi Azərbaycan İpoteka Fondu 17 milyon 700 min manat məbləğində 552 ipoteka krediti verib. Bu haqda Bakililar.az portalına İpoteka Fondundan məlumat veriblər.


İpoteka kreditləşməsi sistemində respublikada 23 bank, 10 sığorta şirkəti, 11 qiymətləndirici təşkilat və 1 broker qurumu fəaliyyət göstərir.


Proqramın mövcud olduğu bütün dövrdə Azərbaycan ailələrinin 0,025 faizi ondan yararlanıb. Bu bütövlükdə hər 4 min ailəyə bir kredit deməkdir. Bu o deməkdir ki, şərtlər dəyişdikdən sonra kreditlərin verilməsi tempində xüsusi artım müşahidə olunmur. Əvvəlki kimi, hər bank orta hesabla ayda 1-2 kredit verir.


Müqayisə üçün, Rusiyada yalnız 2006-cı ildə 170 min ipoteka krediti verilib. Başqa sözlə desək, yalnız bir il ərzində ipotekadan ailələrin 0,475 faizi yararlanıb. Bu, hər 210 ailəyə bir kredit deməkdir. Azərbaycanda 552 kreditin hamısı bir ilə verilsəydi belə, bu, yenə də Rusiyadan 20 dəfə azdır. Rusiyada yalnız 2006-cı ildə bu sahədə verilən kreditlərin sayı 2.5 dəfə artıb və 2007-ci ildə isə bu göstəricinin iki dəfə artması gözlənir. Yəni hər 100 ailədən biri bu cür kredit alacaq.


«Azkon» konsaltinq şirkəti ipoteka kreditləşməsi başlanandan bu yana qiymətləndirmə fəaliyyətinin nəticələrini açıqlayıb. Nəticələr göstərir ki, Azərbaycanda daşınmaz əmlakın qiyməti artmaqdadır.


«Azkon»dan «Novosti-Azərbaycan» Agentliyinə bildiriblər ki, şirkət ipoteka kreditləşməsi predmeti olan 300 əmlakın qiymətləndirilməsini aparıb. Həmin əmlakların qiyməti 37 min manatdan 100 min manatadək dəyişir. İpoteka kreditləşməsinin yeni qaydaları qəbul olunandan sonra yaşayış mənzillərinin qiyməti orta hesabla 15-20 min manat artıb. «Azkon»un ekspertləri hesab edirlər ki, ipoteka krediti alan müştərilər əsasən, Əhmədli, həmçinin Bakının mikrorayonlarında yerləşən mənzillərə üstünlük verirlər.


2007-ci il yanvarın 23-də prezident fərmanı ilə Azərbaycanda ipoteka şərtlərində dəyişikliklər edilib. Adi ipoteka ilə yanaşı, müəyyən kateqoriyalar üçün güzəştli şərtlər tətbiq edilib. Azərbaycanda güzəştli ipoteka kreditinin məbləği 35 min manat müəyyən olsa da, real bazar standartları bu qiymətə ev almağın mümkünsüz olduğunu göstərir. Mart ayının sonlarından isə ilkin ödənişsiz ipoteka kreditlərinin verilməsinə başlamaq üçün Zəmanət Fondunun yaradılacağı gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG