Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

London dənizçilər azad olunana qədər Tehranla əlaqələri kəsir


İran hakimiyyətinin saxladığı 15 Britaniya dənizçisi azad olunana qədər Böyük Britaniya İranla ikitərəfli danışıqları dondurur. Bunu martın 28-də Böyük Britaniyanın Xarici İşlər naziri Marqaret Bekkett bildirib.


Bundan qabaq Baş nazir Toni Bler dənizçilərin azad olunmasına nail olmaq üçün İrana siyasi təzyiqin artırılmasının zəruriliyini bildirib.


Britaniya komandanlığı deyir ki, martın 23-də İranın hərbi-dəniz qüvvələrinin saxladığı gəmi İraqın ərazi sularında olub. Gəmi İraqa gedən yükləri yoxlayırmış.


Günün bütün mövzuları

XS
SM
MD
LG