Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:13

İnternetdə ən uzun ünvan qeydə alınıb – 63 işarə


İnternetdə ən uzun ünvan qeydə alınıb – 63 işarə.

Uels kəndlərindən birinə həsr olunan sayt təkcə Avropada deyil, bütün dünyada ən uzun internet-ünvan olub.


Birmingem sakini 63 işarədən ibarət ünvanı qeydə aldırıb. Bu ünvan Uelsin Anqlsi qraflığında yerləşən kəndin adını təcəssüm etdirir. Kəndin Adı belədir: Llanfairpwllgwyngyllgogerychwyrndrobwlll lantysiliogogogoch.


Saytın özü isə belə adlanır: www.llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogochuchaf.eu .


Sayt faktiki olaraq balaca kəndin yalnız Uels dilində danışan yuxarı hissəsinə aiddir. Bu, elektron ünvanda icazə verilən maksimal işarə sayıdır.


Nadir ünvanı yeni .eu domenində Kit Vud adlı şəxs qeydiyyata aldırıb.


«Reyestrə saytın alternativ adı da daxil edilib - www.llanfair.wales.com. Bu, istifadəçiləri kəndin tam adını daxil etmək zərurətindən qurtarmaq məqsədilə edilib»,– deyə MIGNews.com xəbər verir.


XS
SM
MD
LG