Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:42

Türkiyədə bərpadan sonra erməni kilsəsi açılır


Bütün ermənilərin Katolikosu II Qareqin (solda) kilsənin açılışına qatılmaq dəvətini rədd edib
Bütün ermənilərin Katolikosu II Qareqin (solda) kilsənin açılışına qatılmaq dəvətini rədd edib

Türkiyə mətbuatı Van rəhbərliyinin kilsənin martın 29-a planlaşdırılan açılışına hazırlaşması barədə reportaj və məlumatlarla doludur. Qeyd olunur ki, martın 29-da erməni kilsəsinin yox, məhz muzeyin açılış mərasimi olacaq. Əcnəbi qonaqlar üçün adada yüzlərlə metr uzunluqda xalça salınıb. Tədbirin işıqlandırılması üçün 200-dək jurnalist akkreditə edilib.


Bütün ermənilərin Katolikosu II Qareqin Van qubernatoru Mehmet Niyaz Tanilirinin Surb Xaç kilsəsinin açılışına qatılmaq dəvətini rədd edib. Çünki, bərpa olunan kilsə Konstantinopol Patriarx İdarəsinin hakimiyyəti altında kilsə kimi yox, muzey kimi işləyəcək. Açılış mərasimi isə Erməni Apostol Kilsəsinin yox, dünyəvi qaydalarla uyğün keçiriləcək.


Surb Xaç kilsəsi 915-921-ci illərdə Vasurakan çarlığının yüksəliş dövründə, erməni çarı Qaqik Arsruninin hakimiyyəti illərində memar Manvel tərəfindən tikilib. Abidənin bərpasına 2005-ci ilin mayında başlanıb. Kilsənin bərpasına Türkiyə hökuməti 1.5 milyon dollar ayırıb. İşləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Van şəhərinin rəhbərliyi ilə birlikdə həyata keçirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG