Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:54

2006-cı ildə iki mindən çox azərbaycanlı sığınacaq almağa cəhd edib


Ötən il ABŞ-da sığınacaq almaq üçün 51 min nəfər müraciət edib
Ötən il ABŞ-da sığınacaq almaq üçün 51 min nəfər müraciət edib

2006-cı ildə 2.5 min azərbaycanlı xarici ölkələrdən sığınacaq almağa cəhd göstərib. Potensial mühacirlər daha çox Fransa, Almaniya və İsveçrədə yaşamağa üstünlük verirlər. Bu barədə məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı yayıb.


Ali Komissarlığının hesablamalarına görə, 2006-cı ildə dünyada daha çox İraq, Çin və Rusiya vətəndaşları sığınacaq axtarıblar. Qaçqınlar üçün daha çox cəlbedici ölkələr isə ABŞ və Fransadır.


Miqrantların ən çox meyl etdiyi 50 populyar ölkənin statistikasına istinadən bu qənaətə gəlinib ki, 2006-cı ildə sığınacaq almaq üçün 303.4 min nəfər müraciət edib. Bu da, ötən illə müqayisədə 10 faiz azdır. Azalmaya əsas səbəblərdən biri inkişaf edən ölkələrin sığınacaq almaq istəyənlərə qarşı tələbləri sərtləşdirməsidir. Elə buna görədir ki, bu il Avropa Birliyi ölkələrindən sığınacaq almaq məqsədi ilə müraciət edənlərin sayı son 20 ildə ən aşağı həddə olub. Ancaq, İsveç, Yunanıstan və Malta istisnalıq təşkil edir, həmin ölkələrdə yaşamaq istəyən əcnəbilərin sayı artmaqdadır.


2006-cı ildə 22.2 min İraq, 18.3 min Çin və 15.7 min Rusiya vətəndaşı sığınacaq almağa cəhd edib. Vətəndaşları xaricə axın edən ölkələr sırasında ilk beşliyi Serbiya və Çernoqoriya, həmçinin Türkiyə tamamlayır.


Keçmiş sovet respublikaları olan Cənubi Qafqaz ölkələrindən də xaricə yaşamaq üçün getmək istəyənlərin sayı az deyil. BMT-nin Ali Komissarlığının hesablamalarına görə, ötən il Gürcüstandan 3.6 min, Ermənistandan 4.2 min, Azərbaycandan isə 2.5 min adam ölkələrini tərk etməyə cəhd göstərib.


2006-cı ildə ABŞ-da sığınacaq almaq üçün 51 min nəfər müraciət edib. Böyük Britaniya, İsveç, Kanada, Almaniya, Hollandiya, Avstraliya, Yunanıstan və Belçika da qaçqınlar üçün cəlbedici ölkələrdir.


Post-sovet respublikalarından olanların hansı ölkələrdə yaşamağa üstünlük vermələri aşağıdakı kimidir: ruslar daha çox Polşa, Avstriya və Fransaya, gürcülər Almaniya, Fransa və Avstriyaya, ermənilər Fransa, Belçika və Macarıstana, azərbaycanlılar Fransa, Almaniya və İsveçə; moldovanlar Fransa və Avstriyaya, ukraynalılar Çexiya və ABŞ-a mühacirət etməyə üstünlük verirlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG