Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

Ruslan Bəşirlinin kassasiya şikayəti ilə bağlı məhkəmə prosesi yenə təxirə salınıb


Martın 28-də Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə «Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin kassasiya şikayəti ilə bağlı proses yenə təxirə salınıb. Bu barədə «Media forum» saytına məlumat verən vəkil Osman Kazımov bildirib ki, proses onun ərizəsi əsasında təxirə salınıb.


Vəkil bəzi məsələləri Ruslan Bəşirli ilə dəqiqləşdirməli olduğu üçün prosesin təxirə salınması barədə məhkəməyə ərizə ilə müraciət edib. Proses aprelin 3-nə kimi təxirə salınıb.


Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyevlə Səid Nuriyev hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunurlar. Məhkəmənin hökmü ilə Ruslan Bəşirli 7, Ramin Tağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib. 5 il şərti cəza alan Səid Nuriyevin isə prezidentin əfv fərmanı ilə üzərindən şərti məhkumluq götürülüb.


XS
SM
MD
LG