Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:07

Şahid sabiq nazirin məhkəməsinə zorla gətirildiyini deyib


Sabiq Səhiyyə naziri Əli İnsanov bir daha «siyasi məhbus» olduğun deyir
Sabiq Səhiyyə naziri Əli İnsanov bir daha «siyasi məhbus» olduğun deyir

Martın 28-də sabiq Səhiyyə naziri Əli İnsanovun məhkəməsində şahid qismində dəvət olunan Respublika Doğum Evinin keçmiş baş həkimi Lətifə Əfəndiyeva məhkəməyə zorla gətirildiyini deyib. Onun sözlərinə görə, 16 saylı polis bölməsindən evinə zəng edilərək hədələnib: «Mən bura olan-qalan adımı qorumaq üçün gəlmişəm. Polisdən zəng edib deyiblər ki, məhkəməyə özün getməsən qolundan tutub sürüyə-sürüyə aparacağıq». 1993-cü ildən vəzifədən kənarlaşdırılan Lətifə Əfəndiyeva keçmiş nazirin əleyhinə ifadə vermədi. Hakim şahidin məhkəməyə zorla gətirilməsi faktını araşdıracağını bildirdi.


Əvvəlki proseslərdə olduğu kimi bu dəfə də Əli İnsanovun vəsatətləri məhkəmə tərəfindən təmin olunmadı.


Cənab İnsanov dedi ki, Rəsul Quliyevin seçki kampaniyasına maddi yardım göstərdiyi təqdirdə belə, onu cinayət məsuliyyətinə cəlb etmək qanunsuzdur. «Rəsul Quliyev parlamentin sədri olub və Heydər Əliyevin hakimiyyətə gəlməyində YAP-ın özü qədər kömək edib. Tutaq onun seçkisinə maddi yardım göstərmişəm. O, qanuni namizəd idi, buna görə, mən hüquqi yox, mənəvi məsuliyyət daşımalı və vəzifəmdən istefa verə bilərdim. Bu əsasla həbs edilməyim bir daha göstərir ki, mən siyasi məhbusam».


Əli İnsanovun vəkili Toğrul Babayev bildirib ki, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məhkəməyə verilib. Vəkil şöbə müdirinin martın 13-də «Yeni Müsavat» qəzetinə verdiyi müsahibəsində sabiq nazir haqqında söylədiyi fikirləri məhkəməyə təsir kimi qiymətləndirir.


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG