Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:07

Hüseyn Arabul və «Barmek»in daha yeddi əməkdaşının məhkəməsi təxirə salınıb


«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabulun martın 27-nə təyin olunmuş məhkəməsi martın 28-nə təxirə salınıb. Səbəb isə vəkillərdən ikisinin məhkəməyə gəlməməsi olub.


«Barmek» şirkətinin prezidenti Hüseyn Arabul və bu qurumun daha yeddi əməkdaşına Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə səlahiyyətini aşma maddələri ilə ittihamlar irəli sürülüb və ondan Azərbaycanı tərk etməmək barədə iltizam alınıb.


Azərbaycan hökuməti «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlə müqaviləni ötən ilin iyul ayında dayandırmışdı. Şirkət Azərbaycanda 2002-ci ilin yanvarın 1-dən fəaliyyətə başlamışdı.


XS
SM
MD
LG