Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:23

Moskvada Mstislav Rostropoviçin 80 illik yubileyi qeyd olunur


Rostropoviç 40-dan çox şərəf ordeninə layiq görülüb
Rostropoviç 40-dan çox şərəf ordeninə layiq görülüb

Martın 27-də Moskvada dünya şöhrətli Mstislav Rostropoviçin 80 illik yubileyi qeyd olunur. Violonçelist, dirijor, SSRİ-nin xalq artisti Rostropoviç 1927-ci il martın 27-də Bakıda musiqiçi ailəsində anadan olub. Atası violonçelist, Rusiya SSR-nin əməkdar artisti, professor, anası isə pianoçu olub. Rostropoviç 4 yaşından piano dərslərini anasından, violonçel dərslərini isə atasından alıb. Sonradan təhsilini Moskvadakı Mərkəzi Musiqı Məktəbində davam etdirib. İlk debütünü 14 yaşında edib. 16 yaşında Moskva Konservatoriyasına daxil olub. 1945-ci ildə ilk dəfə olaraq Sovet İttifaqında gənc musiqiçilər arasında keçirilən müsabiqənin qızıl medalını qazanıb.


1955-ci ildə «Bolşoy Teatrın» sopranosu Qalina Vişnevskaya ilə ailə həyatı qurub. Cütlük xaricə ilk səfərini 1956-cı ildə Birləşmiş Ştatlara edib. Onların birgə ifası «Qremmi» və «Grand Prix du Disque» mükafatlarına layiq görülüb.


1977-ci ildə Rostropoviç Vaşinqtondakı Milli Simfonik Orkestrin musiqi direktoru vəzifəsinə təyin olunub və 1994-cü ilə kimi bu vəzifədə çalışıb.


O, Fransa İncəsənət Akademiyasında dünyanın 40 «ölməz» üzvündən biridir. Havana Konservatoriyasının professoru, Londonunu Kral Musiqi Akademiyasının üzvü, Şotlandiyanın Sent Endryus Universitetinin doktorudur.


Mstislav Rostropoviçin yaradıcılığı, musiqi ifası bəstəkarları məhz onun üçün 170-dən çox əsər bəstələməyə sövq edib.


Rostropoviç 40-dan çox şərəf ordeninə layiq görülüb. Eyni zamanda, xeyriyyəçilik fəaliyyətinə görə, UNESCO-nun xoşməramlı səfiri təyin olunub.


İki qızı, altı nəvəsi var.


Azərbaycan prezidenti İlham Əliyev yubileydə iştirak etmək üçün Moskvaya gedib. Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov «Azadlıq» radiosuna deyib ki, bir günlük səfər çərçivəsində Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü də baş tuta bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG