Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

Azərbaycan Özbəkistan və İranda insan haqlarına dair vəziyyətin araşdırılmasına qarşıdır


İnsan Haqları Şurasının prezidenti Luis Alfonso de Alba İran və Özbəkistanda araşdırmaların dayandırıldığını bildirib

İnsan Haqları Şurasının prezidenti Luis Alfonso de Alba İran və Özbəkistanda araşdırmaların dayandırıldığını bildirib

BMT-nin İnsan Haqları Şurası Özbəkistan və İranda insan haqlarının pozulmasına dair araşdırmanı dayandırmaq qərarını verib. Bu barədə 47 ölkənin üzv olduğu BMT İnsan Haqları Şurasının prezidenti Luis Alfonso de Alba məlumat verib. Diplomatlar bildirirlər ki, araşdırmanın dayandırılmasına dair təklifi 5 dövlətin daxil olduğu komissiya verib. Azərbaycan, Banqladeş və Zimbabve araşdırmanın dayandırılmasına, Argentina və Fransa isə davam etdirilməsinə səs veriblər.


Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən «Human Rights Watç» təşkilatı bu qərarı pisləyib. İnsan Haqları üzrə Beynəlxalq Helsinki Federasiyası isə BMT-ni Özbəkistana qarşı təzyiqləri daha da artırmağa səsləyib. Federasiya hesab edir ki, Özbəkistan hökuməti 2005-ci ildə Əndicandakı qiyam zamanı dinc əhaliyə qarşı kütləvi qırğın törədib. İnsan haqları müdafiəçiləri hadisələrdə yüzlərlə adamın öldürüldüyü bildirirlər. Prezident İslam Kərimovun hökuməti isə baş vermiş hadisəyə görə, radikal islamçıları günahlandırır və ölənlərin sayının 200 nəfərdən az olduğunu bildirir. Əndican hadisələrindən sonra 250-dən çox adam həbs olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG