Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:23

Gürcüstan Rusiyanı Avropa Məhkəməsinə verdi


Gürcüstan hökuməti bu məsələdə uzun müddət tərəddüd edirdi

Gürcüstan hökuməti bu məsələdə uzun müddət tərəddüd edirdi

Gürcüstan Rusiyaya qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb.


Gürcüstan Ədliyyə Nazirliyinin iddiasında deyilir ki, ötən il Rusiyada Gürcüstan vətəndaşlarının deportasiyası zamanı insan haqlarının kütləvi və kobud pozulması halları baş verib. Nazirliyin məlumatına əsasən, iki min adam açıq qanun pozuntusu ilə deportasiya edilib, onların yeddisi vəfat edib.


Rusiya Xarici İşlər Nazirliyi isə dərhal bildirib ki, Gürcüstanın iddiası iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmir.


Gürcüstan hökuməti bu məsələdə uzun müddət tərəddüd edirdi. Hökumət güman ki, Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşmasını, vizaların verilməsinin bərpasını və deportasiya prosesinin dayandırılmasını gözləyirdi.


Gürcüstan parlamentinin deputatı Van Bayburt «Azadlıq» radiosuna müsahibəsində deyib ki, hökumətin qərarını dəstəkləyir, amma bu demarşı müxalifətin təzyiqi ilə izah etməyə meyllidir: «Əlbəttə, mən buna normal yanaşıram. Rusiyada Gürcüstan vətəndaşlarına münasibətdə baş verənlərə birdəfəlik son qoyulmalıdır. Əgər Moskva bunun bir daha təkrarlanmayacağını elan etsəydi, bu, normal olardı. Burada beynəlxalq müqavilələri əldə rəhbər tutmaq lazımdır ki, başqa presedentlər olmasın».


Cənab Bayburtun fikrincə, Gürcüstan hökuməti iddianın qaldırılmasında o qədər də israr etmirdi: «Amma ictimaiyyət, müxalifət bunu tələb edir. Ona görə də, hakimiyyət fəallaşmasa, müxalifətdə bir daha hakimiyyəti sancmaq üçün bəhanə olacaq. Mən belə düşünürəm. Avropa qurumları Rusiyaya olduqca tənqidi yanaşırlar, səbəb oldu-olmadı. Düşünürəm ki, Strasburq məhkəməsi bundan istifadə edərək Rusiyaya işarə edəcək ki, qanunlar çərçivəsində hərəkət etmək lazımdır».


Parlament çoxluğunun liderlərindən biri Nika Qvaramiya isə hesab edir ki, məhkəmə prosesi uzun və çətin olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG