Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:42

Hüseyn Arabul: «Məhkəmədən ədalət gözləyirəm»


«Barmek»in prezidenti Hüseyn Arabul

«Barmek»in prezidenti Hüseyn Arabul

Martın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul və bu qurumun daha yeddi əməkdaşının işinə baxılacaq. Hüseyn Arabul «Azadlıq» radiosuna müsahibəsində məhkəmənin ədalətli olacağına ümid etdiyini bildirir: «Bu məhkəmədən ədalət gözləyirəm, hüquq ədaləti. Çünki məhkəmədə çox şeylər danışılacaq. Mən elə fikirləşirəm ki, bu proses Azərbaycanın Avropa Birliyinə açılacaq bir pəncərəsidir».


Azərbaycan hökuməti «Barmek»lə müqaviləni ötən ilin iyul ayında müqavilə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək dayandırıb.


Hüseyn Arabul və bu qurumun daha yeddi əməkdaşı mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər.


Şirkət Azərbaycanda 2002-ci ilin yanvarın 1-də fəaliyyətə başlamışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG