Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:23

Gənclər Rusiyanı düşmənlərdən qoruyacaqlarına and içiblər


Kremlmeylli gənclər hərəkatının 15 min tərəfdarı and içiblər ki, Rusiyanı düşmənlərdən qoruyacaqlar.


Onlar Vladimr Putinin prezidentliyinin 7 illiyini qeyd etməyə yığışıblar.


Hərəkatın üzvləri deyiblər ki, satqınlar xarici qüvvələrə şərait yaradırlar ki, Rusiyanın təbii sərvətlərini ələ keçirsinlər.


Nümayişçilər rəsmi hissədən əvvəl Rusiyanın bayrağını, qaldırıblar, «Rusiya!» şüarları səsləndiriblər.


Onlar xüsusi telefon kartları payıayıblar ki, tərəfdarlarını artırmaq üçün qısa mesajlar göndərə bilsinlər.


XS
SM
MD
LG