Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

102 yaşlı britaniyalı ipoteka krediti alıb


Tədricən daha çox pensiyaçı daşınmaz əmlaka pul qazanmaq vasitəsi kimi baxır

Tədricən daha çox pensiyaçı daşınmaz əmlaka pul qazanmaq vasitəsi kimi baxır

102 yaşlı britaniyalı təqaüdçü 25 illiyə 200 min funt sterlinq məbləğində ipoteka krediti alıb. Bunu Britaniyada dərc olunan «Telegraph» qəzeti yazır.


Kredit üzrə aylıq ödəniş 958 funt təşkil edir. Britaniyalı bu məbləği aldığı evi kirayəyə verməklə ödəmək niyyətindədir. O, icarə sahəsində bizneslə məşğul olmağı düşünür.


Britaniya banklarının bir çoxu kreditləri yaşı 75-i ötməyən şəxslərə verirlər. Amma son vaxtlar kredit təşkilatlarının bəzisi borc alanlar üçün yaş məhdudiyyəti qoymaqdan imtina ediblər.


Təhlilçilər deyirlər ki, tədricən daha çox pensiyaçı daşınmaz əmlaka pul qazanmaq vasitəsi kimi baxır.


Madrid, Barselona və İspaniyanın daha 23 şəhərində isə fevralın 24-də mənzil probleminin həlli tələbi ilə kütləvi nümayişlər keçirilib.


Etiraz aksiyalarının təşkilatçısı «Hamı üçün Layiqli Ev Uğrunda Birliy»in hesablamalarına əsasən, 1987-2005-ci illər ərzində İspaniyada evin qiyməti orta hesabla 250 faiz artıb. Ancaq əməkhaqları faktiki olaraq qalxmayıb. Bu da yüz minlərlə ailə üçün mənzili əlçatmaz edir.


2004-cü ildə hakimiyyətə gələrkən İspaniya Sosialist İşçi Partiyası kasıblar üçün evlərin tikintisinə subsidiya ayırmağı nəzərdə tutan proqramı bəyan edib. Amma «Hamı üçün Layiqli Ev Uğrunda Birlik» hesab edir ki, bu proqram yerinə yetirilmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG