Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:00

Son dörd ildə İraqda erməni icmasının 28 üzvü həlak olub


Yaraqlıların erməni kilsəsinə hücumu, Bağdad, 2004

Yaraqlıların erməni kilsəsinə hücumu, Bağdad, 2004

2003-cü ildən bəri İraqı 3 minədək erməni tərk edib. Bu haqda martın 23-də Yerevanda jurnalistlərə İraq ermənilərinin Mərkəzi Milli İdarəsinin rəhbəri Paruyr Akopyan məlumat verib:


«İraqa qarşı hərbi əməliyyatların başlamasından dörd il ötüb və mən əminliklə bildirirəm ki, xaricə miqrasiya edən ermənilərin sayı bu rəqəmi ötmür. Ermənilər əsasən Suriyaya (1500 nəfər), Ermənistana (1000-ə yaxın adam) və İordaniyaya (500 nəfər) miqrasiya edib». Akopyanın dediyinə görə, dörd il əvvəl İraqın erməni icması 18 min nəfər idi, indi isə bu rəqəm 15 mindən çox deyil.


Məlumatı «Novosti Armeniya» agentliyi yayıb.


Akopyan həmçinin deyib ki, dörd ildə İraqda erməni icmasının 28 üzvü həlak olub: «Bu, bizim idarənin məlumatıdır və mən bu məlumatın dəqiqliyinə zəmanət verirəm. Ölənlərin hamısı İraqın dinc əhalisi idi və hərbi əməliyyatlara heç bir aidiyyəti olmayıb. Həmin dövrdə İraqda 28 ermənini də naməlum şəxslər oğurlayıb. Onlardan 25-i pul ödənildikdən sonra qaytarılıb. İki nəfərin taleyi indiyədək bilinmir, bir nəfərin isə cəsədi qohumlarına qaytarılıb».


Bununla belə o, qeyd edib ki, İraqın erməni icmasının hər hansı əhəmiyyətli problemi yoxdur. «Biz İraqın siyasi həyatında iştiraka iddia etmirik, onun ərazisində yaşayan ermənilər ənənəvi olaraq sənətkarlıqla, ticarətlə, inşaatla məşğul olurlar».


Akopyan bildirib ki, İraq ermənilərinin nə hakimiyyət, nə də İraq xalqı ilə heç bir problemi yoxdur. Və Səddam Hüseynin hakimiyyəti dövründə də belə olub, indi də belədir. Bununla belə, İraq ermənilərinin bəziləri ikili vətəndaşlıq almaq istəyirlər. «Mən indi Ermənistan vətəndaşı olmaq istəyənlərin dəqiq sayını söyləyə bilmərəm. Bircə onu deyə bilərəm ki, onların sayı çoxdur. İraqda yaşayan ermənilərin əksəriyyəti öz şəraiti və tarixi vətənindən müəyyən qədər uzaqda yaşamasından narazıdır. Onlar Ermənistanda İkili vətəndaşlıq haqqında qanunun qüvvəyə minməsini gözləyirlər» – deyə Paruyr Akopyan bildirib.


O, xüsusi olaraq qeyd edir ki, ermənilər İraqın şimalında kürdlərin yaşadıqları ərazilərdə sıxışdırmaya məruz qalmırlar. Baxmayaraq ki, bu ərazilərdə həm türklər çoxdur. Onun bildirdiyinə görə, Şimali İraqda yaşayan ermənilər münaqişənin qızışmasından zərər çəkməyiblər. Dinc erməni əhalisi arasında itki yoxdur.


Akopyan düşünür ki, türk hərbçilərindən onlara təhlükə yoxdur. Çünki iraq ermənilərinin türk hərbçilərinin əsas hədəfində olan Kürd İşçi Partiyasına heç bir aidiyyəti yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG