Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

Ermənistanın Baş naziri vəfat edib


Markaryan 1951-ci il iyunun 12-də Yerevanda anadan olub
Markaryan 1951-ci il iyunun 12-də Yerevanda anadan olub

Martın 25-də Ermənistanın Baş naziri Andranik Markaryan qəflətən vəfat edib.


Hökumətin mətbuat xidmətinin məlumatına əsasən, ölümə səbəb ürək tutması olub.


Markaryan 1951-ci il iyunun 12-də Yerevanda anadan olub. Yerevan Politexnik İnstitutunun Texniki kibernetika fakültəsini bitirib.



1974-cü ildə totalitar Sovet sistemini tənqid etdiyinə görə iki il həbs cəzası alıb.



1995-99-cu illərdə Ermənistan parlamentinin deputatı olub. 1999-cu ilin yanvarında Respublika Partiyasının sədri seçilib.


2000-ci ilin mayından isə Baş nazir vəzifəsində çalışıb.



Ermənistan Baş naziri vəzifəsinə ən mümkün namizəd Müdafiə naziri Serj Sarkisyandır. Bu fikri «RİA Novosti» agentliyinə politoloq Rasim Musabəyov söyləyib.


«Mayın 12-də bu ölkədə parlament seçkiləri keçiriləcək, Markaryan isə hakimiyyət partiyası olan Respublika Partiyasına rəhbərlik edirdi. Partiyada ikinci sırada Serj Sarkisyan gəlir» – deyə Musabəyov bildirib.


Bununla belə, politoloqun fikrincə, Ermənistanda Baş nazirin dəyişməsi Azərbaycanla Ermənistan arasındakı münasibətlərə təsir etməyəcək.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG