Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar qəbul etdi


BMT Təhlükəsizlik Şurası qətnaməni yekdilliklə qəbul edib

BMT Təhlükəsizlik Şurası qətnaməni yekdilliklə qəbul edib

BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi proqramını dayandırmadığına görə İrana qarşı sanksiyaları sərtləşdirən qətnaməni yekdilliklə qəbul edib.

Yeni qətnamə İranın silah ixracına embarqo qoyur və başqa dövlətlərin ona borc verməsini qadağan edir.


Sənədə həmçinin 28 şəxs, şirkət və idarənin adı da daxil edilib. Onların xaricdəki bank hesabları İranın nüvə proqramının inkişafına aidiyyəti olduğu üçün dondurulmalıdır.


Qətnamə İranı 60 gün ərzində BMT-nin tələblərini yerinə yetirməyə çağırır. Əks halda, BMT yeni iqtisadi sanksiyalar məsələsini nəzərdən keçirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG