Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

Azərbaycan yay vaxtına keçir


Hazırda əqrəbləri dünyanın 110-dan çıx ölkəsində irəli çəkirlər.

Hazırda əqrəbləri dünyanın 110-dan çıx ölkəsində irəli çəkirlər.

Martın 25-i saat 4.00-da saatların əqrəbi 1 saat irəli çəkilməklə, Azərbaycanda yay vaxtına keçiləcək. Yay vaxtı oktyabrın 27-dək davam edəcək.

Hər il mart sonuncu bazar günü ölkə ərazisində yay vaxtına keçilir. Bu il həmin tarix martın 25-ə düşür.


Elektrik enerjisinə qənaət məqsədilə saat əqrəbinin yazda bir saat irəli, qışda bir saat geri çəkilməsi ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilib. Sonra, 1916-cı ildə bu ideyanı Almaniya və Avstriya-Macarıstan da dəstəkləyib: Birinci Dünya müharibəsi gedirdi və müharibə edən tərəflər hər vasitə ilə enerjiyə qənaət imkanı axtarırdılar. Hazırda əqrəbləri dünyanın 110-dan çıx ölkəsində irəli çəkirlər.


Saatın əqrəblərini bir saat irəli-geri çəkməyin əleyhdarları da var. Alimlərdə belə məlumatlar var ki, əqrəblərin çəkilməsindən sonra ilk beş sutka ərzində ürəyi xəstə adamlardan təcili yardıma müraciətlərin sayı 11 faiz artır.


Məlumdur ki, insanlar iki şərti hissəyə bölünür: axşam tez yatıb səhər də erkən oyananlar (torağaylar) və gec yatıb səhərlər də gec oyananlara (bayquşlar) bölünür. Vaxtın bir saat dəyişdirilməsi bayquşların, yəni ən azı əhalinin yarısının səhhətini kəskin pisləşdirir. Əqrəblərin çəkilməsi uşaqlar, məktəblilərə də nəzərə çarpacaq dərəcədə təsir edir. Xroniki ürək-damar və mədə-bağırsaq xəstəlikləri olan insanlar da əziyyət çəkirlər.


Bəzi ölkələr, o cümlədən bəzi keçmiş Sovet respublikaları yay və qış vaxtına keçiddən imtina ediblər. Yaponiya, Çin, Sinqapur, Estoniya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan kimi bir sıra ölkələrdə saatların əqrəblərinin ildə iki dəfə irəli-geri çəkilməsi ləğv edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG